Çində təqaüd proqramı ilə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
“İNFONEWS” xəbər verir.
Çin Xalq Respublikası 2022-2023-cü tədris ili üçün təqaüd proqramı elan edir.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təqaüd proqramı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında sazişə əsasən həyata keçirilir. Proqram iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.
Təqaüd proqramına sənəd qəbulu 2022-ci il yanvarın 9-dək aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2022-ci ilin iyul-avqust ayları ərzində təqdim olunması gözlənilir.