Bakı məktəbləri üzrə 63 təhsil işçisi təltif edilib
“İNFONEWS” xəbər verir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən, 2021-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 63 təhsil işçisi təltif edilib.
Bu barədə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 1 direktor 3-cü dərəcəli “Əmək” ordeni, 7 nəfər “Tərəqqi” medalı ilə təltif edilib. Paytaxt üzrə 7 təhsil işçisi isə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Həmçinin təhsil nazirinin əmri ilə 16 nəfər “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 32 nəfər isə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunub.