UNEC Library 24/7 bu dəfə də Yeni il yolkası ilə fərqləndi

UNEC Library 24/7 bu dəfə də Yeni il yolkası ilə fərqləndi

“İNFONEWS” xəbər verir.

“Millətimizin, dövlətimizin simvolu olan, bütün dünya azərbaycanlılarının milli birliyinin ifadəsi, hörmət və ehtiramının ən müqəddəs göstəricisi olan Azərbaycan bayrağını Yeni il üçün hazırladığımız yolkamızda əks etdirməyə çalışdıq. Düşünürəm ki, buna nail olduq. Çünki sosial şəbəkələrdə yolkamız qeyri-adiliyi ilə diqqət çəkib və bu olduqca sevindiricidir.”

Bunu UNEC KİM -in 24/7 Kitabxanasının müdiri Arzu Məmmədova söyləyib.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Kitabxana İnformasiya Mərkəzinin (KİM) 24/7 kitabxanasında Azərbaycan bayrağının rənglərində olan kitablardan hazırlanmız Yeni il yolkası sosial şəbəkələrdə maraqla qarşılanıb.

“Arzu edirəm ki, Yeni 2022-ci ilin qədəmləri xalqımıza düşərli olsun. Azadlığımız əbədi olsun. Azərbaycanımızın mavi səmalarında bayrağımız daim ucalsın, zirvələrdə dalğalansın. Dövlətimiz tərəfindən keçən ildən təməli qoyulmuş dirçəliş işləri uğurla davam etdirilsin. Eləcə də, tezliklə Qarabağ kitabxanaları bərpa edilsin. Və bizlər də, kitabxana mütəxəssiləri olaraq, öz bilik, bacarıq və təcrübəmizlə hər cür dəstək olmağa, yardım göstərməyə hazılrıq.” – sonda Arzu Məmmədova deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir