Bakıdakı partlayış səslərinin səbəbləri AÇIQLANDI

Bakıdakı partlayış səslərinin səbəbləri AÇIQLANDI

“İNFONEWS” xəbər verir.

Bakı və bakıətrafı ərazilərdə partlayış səslərinin səbəbləri məlum olub.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, bakıətrafı ərazilərdə hərbi təlimlər keçirilir.

“Şəhər kənarında keçirilən hərbi təlimlərlə bağlı şəhərin bəzi ərazilərində gurultu və partlayış səsləri eşidilir. Bununla bağlı bildiririk ki, əhalinin narahatlığına heç bir əsas yoxdur,” – deyə məlumatda bildirilir.

Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Bakı şəhərində partlayış səsləri eşidilir.

(Trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir