Gücləndirici dozadan sonra vaksin sertifikatı müddətsiz olacaq
Fevralın 15-dən etibarən buster (üçüncü doza) dozadan sonra vaksin sertifikatları müddətsiz olacaq.
“İNFONEWS” xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib.
“Fevralın 15-dən sonra vaksin sertifikatının müddəti 6 ay olacaq, 6 ay keçdikdən sonra sertifikatın müddəti bitmiş olur. Bu zaman həmin şəxslər buster doza qəbul etdikdən sonra isə verilən sertifikat müddətsiz olacaq. Ola bilsin ki, gələcəkdə buster dozadan sonra da məhdudiyyət tətbiq edilsin. Amma hazırda buster dozadan sonra vaksin sertifikatı müddətsizdir”, – deyə Ş.Mövsumov qeyd edib.