Azərbaycanda 510 nəfər COVID-19-a yoluxub, 14 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 510 yeni yoluxma faktı qeydə alınıb, 1 039 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “İNFONEWS”-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 616 352 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 598 793 nəfər müalicə olunaraq sağalıb, 8 346 nəfər vəfat edib, aktiv xəstə sayı 9 213 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 771, ötən müddət ərzində isə ümumilikdə 5 853 336 test aparılıb.