“Şəhidlərin yadigarları hamımıza əmanətdir”-Nuranə Hüseynova
“İNFONEWS” xəbər verir.
“Xarici ölkələrdə yaşamağımıza baxmayaraq, biz hər zaman xalqımızın yanındayıq. Qəlbimiz sizlərlə bir vurur, sizlərlə bir sevinib, birgə kədərlənirik.”
Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin Birləşmiş Ərəb Əmirlikləri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının koordinatoru Nuranə Hüseynova şəhid və qazi ailələrinə ziyarəti zamanı söyləyib.
Nuranə Hüseynovanın təşəbbüsü ilə “Şəhidlərin əmanətlərinə sevinc bəxş edək!” aksiyası çərçivəsində və xaricdə yaşayan soydaşlarımızın maddi-mənəvi yardımı, Azərbaycan Dövlət Diasporla İş üzrə Komitənin əməkdaşı Vəfa Hüseynova və “İNFONEWS” komandasının iştirakı ilə bayram günlərində şəhid və qazi ailələri ziyarət edilib, onlara xüsusi hazırlanmış Yeni il sovqatları paylanılıb.
“Şəhidlərin yadigarları hamımıza əmanətdir. Bundan sonra da şəhid və qazi ailələrindən yardımımızı, köməyimizi əsirgəməyəcəyik” – deyə, Nuranə Hüseynova vurğulayıb.