Şəhid Arəstə Baxışovanın ailəsinə ziyarət edilib

Şəhid Arəstə Baxışovanın ailəsinə ziyarət edilib

“İNFONEWS” xəbər verir.

29 dekabr tarixində Şəhid Arəstə Baxışovanın ailəsinə ziyarət edilib.

Şəhid Arəstə Baxışovanın övladları oğlu Mərdan və qızı Zəhra Yeni il münasibəti ilə təbrik ediliblər. Həmin gün Mərdanın ad günü olduğundan, bu münasibəti ilə onunla tort kəsilb, ona hədiyyələr təqdim edilib.

“Mən inanıram ki, Mərdan anasına layiq övlad olacaq, öz mükəmməl təhsili ilə xalqımıza, Vətənə uğurlar gətirəcəkdir.”

Bunu Şəhidin anası Məktubə xanım söyləyərək, xüsusilə də xaricdə yaşayan soydaşlarımızın qızı Arəstənin övladlarına göstərdikləri diqqət və qayğını vurğulayaraq, minnətdarlığını bildirib.

Qeyd edək ki, Şəhidin ailəsinə ziyarət Nuranə Hüseynovanın təşəbbüsü ilə “Şəhidlərin əmanətlərinə sevinc bəxş edək!” aksiyası çərçivəsində və xaricdə yaşayan soydaşlarımızın maddi-mənəvi yardımı, Azərbaycan Dövlət Diasporla İş üzrə Komitənin əməkdaşı Vəfa Hüseynova və “İNFONEWS” komandasının iştirakı ilə baş tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir