Qazaxıstanda Almatı aeroportu mühasirəyə alındı
“İNFONEWS” xəbər verir.
Qazaxıstanda fövqəladə vəziyyətlə əlaqədar Almatı Beynəlxalq Hava Limanı təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.
Qazaxıstan KİV-nin məlumatına görə, aeroportun işi ştat rejimində davam edir.
Bununla belə, Aktauya uçuşlar ləğv edilib. Bir sıra başqa şəhərlərə reyslər isə müəyyən müddətə təxirə salınıb.