Dünyada COVİD-ə yoluxma sayının 2milyonu keçməsi ilk dəfədir
“İNFONEWS” xəbər verir.
ÜST-ün məlumatına görə, ilk dəfədir ki, 24 saat ərzində yoluxanların sayı 2 milyonu keçib.
Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gün ərzində koronavirusa 2 294 039 yeni yoluxma hallarının qeydə alındığını bildirib. Bu, pandemiya başlayandan ÜST statistikasında ən yüksək gündəlik göstəricidir.
Son səkkiz gün ərzində gündəlik yoluxmada 1 milyondan çox artım ÜST tərəfindən yeddi dəfə qeydə alınıb. Son 24 saat ərzində yoluxma pandemiya dövründə ilk dəfə olaraq 2 milyonu keçib. Bundan əvvəlki antirekord cari il yanvarın 1-də qeydə alınmışdı, həmin vaxt 24 saat ərzində 1 859 485 yoluxma halı aşkar edilmişdi. ÜST-nin statistikası yoluxanlar və ölənlər barədə dövlətlər tərəfindən təqdim edilən yalnız rəsmi təsdiqlənmiş məlumatlar əsasında toplanır.
ÜST-yə daxil olan məlumatlara görə ən çox təsdiqlənmiş yoluxma halı – 55 972 114 ABŞ-da qeydə alınıb. Ondan sonra Hindistan (35 018 358), Braziliya (22 305 078), Böyük Britaniya (13 641 524) və Rusiya (10 585 984) yer alırlar. Ən çox ölüm halları – 821 408 ABŞ-da qeydə alınıb, ikinci yerdə Braziliya (619 209), üçüncü yerdə isə Hindistan (482 551) qərarlaşıb. Daha sonra Rusiya (313 015) və Meksika (299 581) yer alırlar.