Britaniyada rekord sayda koronavirusa yoluxma halı qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) rekord sayda – 57,7 min yoluxma halı qeydə alınıb.

İNFONEWS – un “TASS”a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 2,6 milyon nəfərə yaxınlaşıb. Bildirilir ki, ötən sutka koronavirusdan daha 445 nəfər ölüb, ölənlərin sayı 74,5 min nəfər təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir