Türk Dövlətləri Qazaxıstana dəstək verməyə hazırdır- BƏYANAT

Türk Dövlətləri Qazaxıstana dəstək verməyə hazırdır- BƏYANAT

“İNFONEWS” xəbər verir.

Türk Dövlətləri Təşkilatı Qazaxıstanda baş vermiş hadisələrlə bağlı bəyanat yayıb.

Bəyanatda təşkilatın üzv ökəsi Qazaxıstanla həmrəylik ifadə olunur və Qazaxıstan xalqına və rəhbərliyinə zəruri dəstək verməyə hazır olduğu bildirilir:

“Qazaxıstan rəsmilərinin gərginliyi dinc şəkildə azaltmaq, nizam və sabitliyi bərpa etmək iqtidarında olduğuna inanırıq. Qazaxıstan hökumətinə və xalqına ehtiyac duyduqları dəstəyi verməyə hazır olduğumuzu bildiririk. Hadisələrdə həyatını itirmiş şəxslərə başsağlığımızı verir, yaralıların tezliklə sağalmasını azulayırıq”, – deyə bəyanatda deyilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir