Saatlıda itkin düşən azyaşlı tapılaraq ailəsinə verildi
“İNFONEWS” xəbər verir.
Saatlıda itkin düşən azyaşlı qısa müddətdə tapılaraq ailəsinə təhvil verilib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatına görə, yanvarın 6-da R.Məmmədov Saatlı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək azyaşlı qızının itməsi barədə məlumat verib. Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb.
Keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində azyaşlı qısa vaxt ərzində rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.
Övladının itməsi ilə əlaqədar böyük həyəcan hissləri keçirən ata R.Məmmədov tez bir müddət ərzində qızının tam sağlam halda, heç bir zərər görmədən tapıldığına görə Azərbaycan Polisi ilə fəxr etdiyini bildirib, DİN və Saatlı RPŞ-nin rəhbərliyinə və şəxsi heyətinə təşəkkür edib.