Azərbaycanda 547 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 547 yeni yoluxma faktı qeydə alınıb, 631 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “İNFONEWS”-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 620 049 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 604 537 nəfər müalicə olunaraq sağalıb, 8 431 nəfər vəfat edib, aktiv xəstə sayı 7 081 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 139, ötən müddət ərzində isə ümumilikdə 5 922 366 test aparılıb.