ABŞ-da 343 il əvvəl batmış gəmi qalıqları aşkar edilib
ABŞ-da 343 il əvvəl batmış “Qrifon” gəmisinin qalıqları Böyük göllərdə aşkar edilib.
“İNFONEWS” bu barədə “Daily Express” qəzetinə istinadən xəbər verir. (Trend)
Məlumata əsasən, gəmi 1679-cu ildə Miçiqan gölü ilə qiymətli xəz yükünü daşıyarkən yoxa çıxıb. “Qrifon”un yoxa çıxması Amerikada ən məşhur “dəniz” sirlərindən birinə çevrilib.
Alimlər əvvəlki illərdə Miçiqan gölündə tapılan qalıqların batmış gəmiyə aid olduğunu müəyyən ediblər. Onların sözlərinə görə, gəmi bir neçə gün davam edən tufan nəticəsində qəzaya uğrayıb.