Əbdürrəhman Vəzirov vəfat etib

Əbdürrəhman Vəzirov vəfat etib

Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi olmuş Əbdürrəhman Vəzirov vəfat edib.

“İNFONEWS” xəbər verir ki, bu barədə Ə. Vəzirovun yaxınları məlumat yayıb. O, bu gün səhər saatlarında 91 yaşında Moskvada dünyasını dəyişib.

Qeyd edək ki, Əbdürrəhman Xəlil oğlu Vəzirov 1930-cu ildə Bakıda anadan olmuşdu. 1988–1990-cı illərdə Azərbaycan SSR Kommunist Partiyası MK-nın birinci katibi vəzifəsini icra edib. 1979–1985-ci illərdə SSRİ-nin Nepalda, 1985–1988-ci illərdə isə Pakistanda fövqəladə və səlahiyyətli səfiri olub.

O, uzun illərdir ki, Rusiya paytaxtında yaşayırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir