Azərbaycanda 329 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 329 yeni yoluxma faktı qeydə alınıb, 358 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “İNFONEWS”-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 621 563 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 605 919 nəfər müalicə olunaraq sağalıb, 8 457 nəfər vəfat edib, aktiv xəstə sayı 7 187 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 247, ötən müddət ərzində isə ümumilikdə 5 948 270 test aparılıb.