Bu ölkədə peyvənd olunmayanlar vergi ödəyəcək
“İNFONEWS” xəbər verir.
Kanadanın Kvebek əyalətində peyvənd olunmayan insanlar sağlamlıq vergisi ödəyəcək.
Xarici KİV-in məlumatına görə, qərarı mətbuat konfransında Kvebek Baş naziri Fransua Leqault açıqlayıb.
Baş nazir hələlik vergi məbləğini müəyyən etmədiklərini, lakin yüksək məbləğin ödəniləcəyini bildirib:
“Kvebekdə əhalinin təxminən 10 faizi peyvənd olunmayıb. Bu seqment əyalətdə qalan hər kəs üçün maliyyə yükü yaradır. Düşünürəm ki, belə bir tədbiri qurban verən yüzdə 90-a borcluyuq”.
Qeyd edək ki, oxşar qərar Yunanıstanda da tətbiq olunacaq. Belə ki, gələn həftədən 60 yaşdan yuxarı peyvənd olunmayan şəxslər ayda 100 avro ödəyəcəklər.