“Ali məktəblər bunu bu il də etmədilər” – AÇIQLAMA

“Ali məktəblər bunu bu il də etmədilər” – AÇIQLAMA

“İNFONEWS” xəbər verir.

Nazirlər Kabinetinin qərarına əsasən birillik hazırlıq kursları yaradılmalı idi. Təhsil eksperti Kamran Əsədov bildirib ki, bu qərardan hələ də xəbər yoxdur.

“Nazirlər Kabinetinin 2017-ci il fevralın 8-dəki 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları”na 5.10-cu bənd əlavə edilib.

Həmin bənddə deyilir:

Ali məktəblərə müsabiqənin nəticələri elan olunduqdan sonra, Təhsil Nazirliyinin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarının yerləri elan edilir, ali təhsil müəssisələrinə qəbul olunmayan abituriyentlər tərəfindən bu qaydaların 4.2-4.4-cü bəndlərinə uyğun olaraq ixtisas seçimi həyata keçirilir və həmin yerlərə Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqə yolu ilə yerləşdirilmə aparılır.

Eyni zamanda 2018-cu ildə “Təhsil haqqında” qanuna edilən dəyişikliyə əsasən, Azərbaycandakı ali təhsil müəssisələrində ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunmalı idi, amma hələ də yaradılmayıb”.

Hazırlıq qruplarının 2018-ci ildən fəaliyyətə başlayacağını desələr də, sonra 2019-cu ildə mütləq olacağı açılanmışdı. 2020-ci ildə pandemiya səbəbindən qaldı, 2021-ci ildə isə bu barədə düşünülürdü.

Amma hələ də bir xəbər yoxdur. Xatırlatdım ki, birdən aidiyyəti qrumlar unudar.

(Adalet.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir