ƏSA Teatrı uzun fasilədən sonra yenidən səhnədə

ƏSA Teatrı uzun fasilədən sonra yenidən səhnədə

“İNFONEWS” xəbər verir.

Ölkəmizin ilk inklüziv teatrı olan ƏSA Teatrı Jan-Pol Sartrın “Bağlı qapı arxasında” əsəri əsasında hazırladığı “Çıxış yoxdur!” fəlsəfi-dramının premyerasına hazırlaşır.

Teatrdan bildirilib ki, premyera fevralın 9-da Akademik Rus Dram Teatrının səhnəsində keçiriləcək.

Jan-Pol Sartrın 1944-cü ildə yazdığı “Bağlı qapılar arxasında” əsəri ölümlərindən sonra əbədi olaraq bir otaqda qapalı qalmağa məhkum edilən üç nəfərdən bəhs edir.

Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş rolların ifaçıları Elşən Əsgərov, Lalə Süleymanova və Səmayə Ağayarovadır.

Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar ƏSA Teatrı da tamaşa nümayişlərini dayandırmaq məcburiyyətində qalmışdı. Teatr bu müddət ərzində bir çox uğurlu layihələr icra etsə də, iki ildən sonra ilk dəfədir canlı tamaşa nümayişi həyata keçirəcək.

Biletləri şəhərin bütün kassalarından və “iticket.az” saytından əldə etmək olar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir