İctimai Şura gənc təşkilatlarılə məsləhətləşmələrə başlayıb
“İNFONEWS” xəbər verir.
Gənclər və İdman Nazirliyi yanında İctimai Şura “Gənclərlə iş sahəsində əldə edilmiş təcrübə və perspektivlər” mövzusunda gənclər təşkilatları ilə məsləhətləşmələrə başlayıb.
İctimai Şuranın gənclərlə iş üzrə işçi qrupu fəallığı ilə seçilən bir neçə gənclər təşkilatının nümayəndələri ilə görüş keçirib.
Şuranın sədri Azər Əliyev gündəlikdəki məsələləri gənclər təşkilatlarının rəhbərlərinin diqqətinə çatdırıb, gənclərlə iş sahəsində görülən işlər, perspektivlər haqqında məlumat verib.
İşçi qrupunun rəhbəri Asim Vəliyevin moderatorluğu ilə davam edən dəyirmi masada gənclər təşkilatlarının qarşılaşdığı problemlər, “Gənclər siyasəti haqqında” qanuna əlavə və dəyişikliklərə dair təkliflər, Qarabağın dirçəldilməsində gənclər təşkilatlarının rolu və cari məsələlərlə bağlı müzakirələr aparılıb və gənclər təşkilatlarının nümayəndələrinin fikirləri dinlənilib.
Tədbirdə gənclər təşkilatları və idman federasiyaları ilə məsləhətləşmələrin növbəti həftələrdə də davam etdiriləcəyi bildirilib. Görüşlərə qoşulmaq istəyən təşkilat və federasiyalar İctimai Şuraya müraciət edə bilərlər.