Ötən 2021-ci ildə barama istehsalında artım olub
“İNFONEWS” xəbər verir.
Dövlət Statistika Komitəsindən bildirilib ki, həmin dövr ərzində süd istehsalı 1,4 faiz artaraq 2 milyon 223,4 min ton, yun istehsalı 0,1 faiz artaraq 16,1 min ton, barama istehsalı 11,4 faiz artaraq 497,4 ton, yumurta istehsalı isə 3,5 faiz azalaraq 1 milyard 838,8 milyon ədəd olub.
2020-ci ilə nisbətən kənd təsərrüfatının ümumi məhsulu 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,8 faiz, bitkiçilik məhsulları istehsalı isə 4 faiz artıb.