Britaniya səfiri Şəhidlər Xiyabanını ziyarət edib
Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Şəhidlər Xiyabanını ziyarət edib.
Səfir bu barədə öz “twitter” səhifəsində yazıb.
O, “Şəhidlər Xiyabanında oldum. Azadlıqları və Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını itirənləri dərin hüznlə anırıq”, – deyə qeyd edib.