“Lady Aromat”ın “Xatirələr xəzinəsi”dan ROSE of No Mans Land
“İNFONEWS” xəbər verir.
“Lady Aromat”ın “Xatirələr xəzinəsi” ətirlər kolleksiyası bu dəfə təqdim edir:
“Byredo”dan ən çox sevilənlər sırasında duran “ROSE of No Mans Land” ətri
“ROSE of No Mans Land” ətri “Byredo” niş bir brend ətirdir. Bu ətri sevdirən qızılgül qorxusudur, amma heç də düşündüyünüz ənənəvi qızılgül qoxusu sayılmaz.
Kristal kimi parlaq, buz kimi soyuq, amma getdikcə şirin moruğun çiçək qarışığı qoxusunun mülayim küləklə içimizə dolmasını xatırladan bu ətir. Həm də gözəl, nəvazişli, şəfqətli qadını xatırladan qoxudur bu.
Qeyd edək ki, bu ətir I Dünya müharibəsi illərində fəaliyyət göstərən tibb bacılarına həsr edilib, “Heç kimin olmayan torpağın qızılgülü” adını da elə bundan götürüb.
Kitabın arasında özəl xatirəsi olan qurumuş məxməri qızılgül ləçəklərinin qorxusu duyulan bu ətir qüssənin qarışıb gözəlliyə süzülüb keçməsidir.
Brendin təsisçisi Ben Horhemdir. 2015-ci il
“Hər ətir bir xatirədir”