İNFONEWS “Azvision.az”-da istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Rusiya Baş nazirinin müavini Aleksey Overçukla görüşüb. O, görüşdə Ermənistan-Rusiya əməkdaşlığı və Qarabağdakı vəziyyəti müzakirə edib.
Paşinyan Rusiyanın Qarabağdakı hərbi əməliyyatların dayandırılmasında və atəşkəsin təmin edilməsində böyük rol oynadığını vurğulayıb. O, Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin mövcudluğunun təhlükəsizliyin vacib amili və qarantı olduğunu diqqətə çatdırıb.
Paşinyan və Overçuk Dağlıq Qarabağdakı mövcud vəziyyəti, həmçinin humanitar yardım, əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsi məsələsini müzakirə ediblər.