Bakıda qanunsuz parklanmaya qarşı tədbirlər həyata keçiriləcək

Bakıda qanunsuz parklanmaya qarşı tədbirlər həyata keçiriləcək

Paytaxt ərazisində yolun hərəkət hissəsini, eləcədə parklanma üçün nəzərdə tutulan ərazilərdən qanunsuz istifadə edən və bu məqsədlərə şəxsi marağını güdən vətəndaşların haqlı narazılıqlarına səbəb olan halların aradan qaldırılması məqsədilə polis tərədəfindən bu cür hallara qarşı mübarizə aparmaq üçün bütün rayon polis orqanlarının əməkdaşları ilə birgə tədbirlər keçiriləcək.

Bunu Bakı şəhər DYP İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O, bildirib ki, araşdırma və aparılan müşahidələr zamanı həqiqətən də bir çox ərazilərin qanunsuz olaraq parkinq kimi istifadə olunması və müxtəlif şəxslər tərəfindən bunun müqabilində vətəndaşlardan pul alınması faktları təsdiqini tapır.

“Həmin şəxslər müxtəlif formalar geyinir və bəzi adlardan istifadə etməklə imtiyazlı olduqlarını ifadə edirlər.
Təbii ki, yol hərəkəti qaydaları, eləcədə qanunla qorunan digər hüquq və öhdəliklər müzakirə edilmədən yerinə yetirilməli, bununla da qanunun aliliyi təmin edilməlidir”, – deyə V. Əsədov bildirib.

Vaqif Əsədov qeyd edib ki, Bakı Şəhər Baş Polis İdarəsinin, ərazi polis İdarələrinin və Dövlət Yol Polisi İdarəsinin bütün şəxsi heyəti nəzarət mexanizminin gücləndirilməsi məqsədilə əlavə tədbirlər planı çərçivəsində gücləndirilmiş qaydada prosesə start verib.

“Qeyri-qanuni parkinq ərazilərində qanunsuz pul yığımının qarşısının alınması istiqamətində müvafiq işlər görüləcək. Odur ki, bu işləri həyata keçirən şəxslərdən tələb edirik ki, qanunun aliliyini nəzərə alaraq bu fəaliyyətdən çəkinsin! Əks halda polis müvafiq tədbirlər görəcək.

Qeyd edək ki, qanunsuz parkinqlə məşğul olan şəxslərə qarşı müvafiq qaydada tədbirlərin həyata keçirilməsi üçün sərt addımlar atılacaq. Polis əməkdaşları sabahdan etibarən tədbirlərə başlayacaq. Odur ki, qeyri-qanuni parkinq yeri yaradaraq hüquqi və ya fiziki şəxslər, eləcə də bəzi adlardan istifadə edənlər məsuliyyətə cəlb olunacaq. Polislə hər hansısa formada mübahisə yaradan və müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa cəhd edən şəxslərə bir daha bu əməllərdən çəkinməyə çağırırq”.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir