İNFONEWS xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” çərçivəsində onlayn keçirilən “Airthings Masters” turnirinin final mərhələsinin 4 partiyadan ibarət yekun matçında da ermənistanlı Levon Aronyanla mübarizə aparıb.
Trend xəbər verir ki, yekun qarşılaşma da Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb.
Yarışın ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Qalibi 60 000 ABŞ dolları gözləyir.
Qeyd edək ki, Teymur Rəcəbov dünən birinci matçda rəqibini 2,5:1,5 hesabla məğlub edib. Birinci, ikinci və üçüncü partiyaları heç-heçə edən Teymur Rəcəbov dördüncü partiyada rəqibi üzərində inamlı qələbə qazanıb.