Roma Papası Ukraynada sülh üçün dua etməyə səsləyib

Roma Papası Ukraynada sülh üçün dua etməyə səsləyib

“İNFONEWS” xəbər verir.

Roma Papası Fransisk yanvarın 26-da Vatikanda keçirilən kollektiv audiensiya zamanı Ukraynada sülhün bərqərar olması üçün dua etməyə çağırıb.

Mərasim “Vatikan xəbərləri” portalında canlı yayımlanıb.

Bir müddət öncə pontifik Ukrayna ətrafında yaranan vəziyyətlə bağlı yanvarın 26-da sülh üçün dua gününün keçirilməsini təklif etmişdi.

“Sizi Ukraynada sülhün bərqərar olması üçün dua etməyə və gün ərzində bunu tez-tez təkrarlamağa çağırıram: Allahdan yer üzündə qardaşlığın çiçəklənməsini, qorxu və fikir ayrılıqlarının aradan qaldırılmasını israrla diləyək. Bu gün səmaya yüksələn dualar məsul şəxslərin zehninə və ürəyinə toxunsun, dialoq üstün gəlsin və hamının rifahı şəxsi maraqları üstələsin”, – deyə pontifik vurğulayıb.

Roma Katolik Kilsəsinin rəhbəri Ukrayna ətrafında yaranan böhranın nizamlanması üzrə beynəlxalq dialoqun tərəfdarı olduğunu dəfələrlə dilə gətirib. Fransisk 2016-cı ilin yazında Ukraynanın şərqində münaqişədən zərər çəkən əhaliyə humanitar yardım göstərilməsi üçün Avropanın bütün katolik kilsələrində ianə kampaniyası elan etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir