Sumqayıt sakininin avtomobilini qaçıran şəxs tutulub

Sumqayıt sakininin avtomobilini qaçıran şəxs tutulub

“İNFONEWS” xəbər verir.

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə şəhər sakini Q.Əhmədovun “Opel” markalı avtomobilinin yanvarın 25-də 32-ci məhəllə ərazisindən qaçırılması barədə məlumat verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş E.Nöhbalıyev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir