Azərbaycanda bu gün koronavirusa yoluxma SAYI – 27 yanvar

Azərbaycanda bu gün koronavirusa yoluxma SAYI – 27 yanvar

“İNFONEWS” xəbər verir.

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 3361 yoluxma faktı qeydə alınıb, 1132 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 643 min 509 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 620 min 182 nəfər müalicə olunaraq sağalıb, 8 min 664 nəfər vəfat edib. Aktiv xəstə sayı 14 min 663 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 923, bu günə qədər isə ümumilikdə 6 milyon 107 min 416 test icra olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir