“Türk Hava Yolları”nın təyyarəsi İstanbulda təcili eniş etdi

İNFONEWS “Trend”-in məlumatına istinadən xəbər verir ki, “Türk Hava Yolları”nın B777-F tipli yük təyyarəsi İstanbulun “Atatürk” hava limanından hava qalxandan qısa zaman sonra geri dönərək təcili eniş edib. Təyyarənin gövdəsində quş sürüsü ilə qarşılaşma nəticəsində nasazlıq yaranıb.

“THY” şirkətindən bu barədə verilən açıqlamada TK6220 saylı karqo təyyarəsinin İstanbul-Almatı səfərini yerinə yetirmək üçün hərəkət etdiyi bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir