Hava proqnozu: Sabah Azərbaycanda hava necə olacaq?

Hava proqnozu: Sabah Azərbaycanda hava necə olacaq?

“İNFONEWS” xəbər verir.

Azərbaycanda fevralın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2-4°, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı – 753 millimetr civə sütunundan 763 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 5-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun enməsi və yağıntılı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 7-11° isti, dağlarda 2-6°, gündüz 0-2° şaxta olacağı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir