Vətən Müharibəsinin ilk günlərindən itkin düşmüş hesab olunan daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.
“İNFONEWS” xəbər verir ki, 1999-cu il təvəllüdlü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Cabbarov Oruc Akif oğlunun şəhid olduğu müəyyənləşib.
Şəhid Oruc Cabbarov ötən gün doğulduğu Yevlax rayonun Nərimanabad kəndində dəfn edilib.
Qeyd edək ki, sentyabrın 27-dən döyüşlərə qatılan şəhid ailəsiylə sonuncu dəfə oktyabrın 4-də əlaqə saxlayıb. Onun Suqovuşan istiqamətində şəhid olduğu bildirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!