Azərbaycan Voleybol Federasiyası idmansevərlərə müraciət edib
“İNFONEWS” xəbər verir.
Azərbaycan Voleybol Federasiyası (AVF) voleybolsevərlərə müraciət edib.
AVF-yə istinadla xəbər verir ki, qurum koronavirus pandemiyası ilə əlaqədar karantin qaydalarının davam etdiyini və qapalı məkanlarda keçirilən idman yarışlarında azarkeşlərin iştirakına icazə verilmədiyini xatırladıb.
Müraciətdə deyilir: “Bütün bunları və son günlərdə yoluxma hallarının artmasını nəzərə alaraq, sizdən daha diqqətli və anlayışlı olmağınızı xahiş edirik”.
Qeyd edək ki, Azərbaycan Super Liqası, Yüksək Liqa və I Liqanın oyunlarının keçirildiyi məkana yalnız həmin matç üçün adları protokolda olanların girişinə icazə verilir.