Elnur Əliyev İqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib

Elnur Əliyev İqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib

Elnur Aydın oğlu Əliyev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Elnur Aydın oğlu Əliyev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 fevral 2022-ci il

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir