“Sevgilin yoxdursa, qazandığınız uğurlar heç bir əhəmiyyət kəsb etmir”

“Sevgilin yoxdursa, qazandığınız uğurlar heç bir əhəmiyyət kəsb etmir”

“İNFONEWS” xəbər verir.

“Sevgilin yoxdursa, qazandığın uğurlarınız heç bir əhəmiyyət kəsb etmir”

Bunu dünyaca məşhur müğənni və aktrisa Cenifer Lopez “ELLE Rusiya”ya verdiyi müsahibədə deyib.

Qeyd edək ki, Cey Lo-nun sonuncu “Evlən mənimlə” (“Marry Me”) filmindən gözləntiləri böyükdür. O, bu romantik filmin həm baş qəhrəmanı, həm də prodüsserıdir.

Ket Valdez rolunu canlandıran Cenifer: “Ket çox istedadlı, qətiyyətli, cəsarətli və karyerasında böyük uğurlar qazanmış qadındır. Əldə etdikləri ilə çox qürur duysa da, özünü tənha hiss edir və çətin anlarda yaxınlıqda ona dəstək olacaq bir adam yoxdursa, bütün uğurlarının heç bir mənası olmadığını başa düşür. Və Çarli ilə təsadüfi görüş onun həyatını həmişəlik dəyişir. Çıxış yolu olmayan çətin bir tələyə düşdüyünə əmin olsa da, Çarli sayəsində ürəyində ümid yaranır” – deyə, qəhrəmanı barədə fikirlərini bölüşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir