Zelenski və Makron telefonla danışıblar

Zelenski və Makron telefonla danışıblar

Ukrayna prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronla telefon danışığında Ukraynadakı təhlükəsizlik vəziyyətini, həmçinin “Normandiya formatında” (Almaniya, Rusiya, Ukrayna və Fransa) və Donbassdakı münaqişənin nizamlanması üzrə təmas qrupu çərçivəsində danışıqların intensivləşdirilməsi yollarını müzakirə edib.

Bu barədə Ukrayna prezidenti “Twitter” səhifəsində yazıb.

“Emmanuel Makronla dialoqumuzu davam etdirdik. Ukraynaya səfərinə görə təşəkkürümü bildirdim. Biz “Normandiya dördlüyü” və Təmas Qrupu çərçivəsində təhlükəsizlik vəziyyəti və sülh prosesinin intensivləşdirilməsi yolları barədə danışdıq”, – deyə V.Zelinski yazıb.

Bundan əlavə, tərəflər “son beynəlxalq danışıqlara dair fikir mübadiləsi aparıblar”.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir