Azərbaycan İnsan Resursları Assosiasiyasına yeni sədr seçilib

Azərbaycan İnsan Resursları Assosiasiyasına yeni sədr seçilib

“İNFONEWS” xəbər verir.

Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) növbəti hesabat-seçki iclası keçirilib. İclas zamanı təşkilatın İdarə Heyətinin yekdil qərarı ilə sədr seçilib.

Təşkilatın fəaliyyətinə dair hesabatla çıxış edən AİRA-nın İdarə Heyətinin üzvləri Azərbaycanda insan resursları sahəsində tətbiq edilən yeniliklər və Assosiasiyasının bu sahədəki rolunundan bəhs ediblər.

Təşkilatın İdarə Heyətinin yekdil qərarı ilə Mahir Qarayev İdarə Heyətinin yeni sədri seçilib. Yeni seçilmiş sədr Mahir Qarayev beynəlxalq CIPD sertifikatına və insan resursları sahəsi üzrə 10 ildən çox təcrübəyə malikdir. “Azərsun”, “SOCAR”, “OCEANEERİNG” kimi şirkətlərdə çalışıb, Azərbaycan İqtisad Universitetində insan resurslarının idarəedilməsi üzrə pedeqoji fəaliyyətlə məşquldur.

Tədbirdə AİRA fəaliyyətə başladığı gündən indiyə qədər 50-ə yaxın layihə gerçəkləşdirib və həmin layihələrdə özəl və dövlət sektorunun əməkdaşları iştirak ediblər. Eləcə də ölkə xaricində fəaliyyət göstərən MERCER, MENTAL, PERYÖN kimi tanınmış insan resursları təşkilatları ilə əməkdaşlıq çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə üç böyük konfrans və masterklas baş tutub.

Həmçinin, COVİD-19 pandemiyası dönəmində AİRA-nın fəaliyyəti dayanmayıb, onlayn formatda görüş və layihələr icra edilib.

Qeyd edək ki, Azərbaycan İnsan Resursları Assosiasiyası İctimai Birliyi (AİRA) iqtisadiyyatın və cəmiyyətin əsas hərəkətverici qüvvəsi olan insan kapitalının inkişaf etdirilməsi məramı ilə İnsan resursları sahəsində fəaliyyət göstərən mütəxəssislərin təşəbbüsü və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1118-Q64-3669 nömrəli 28.09.2018-ci il tarixli qərarı ilə yaradılmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir