“Qarabağ” klubu reytinq cədvəlində mövqeyini qoruyub

“Qarabağ” klubu reytinq cədvəlində mövqeyini qoruyub

“İNFONEWS” xəbər verir.

Avropanın top futbol klublarının yeni reytinq cədvəli açıqlanıb.

Cədvəldə 450 klub yer alıb.

Azərbaycanın üç klubu da siyahıya düşüb. Ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. 214 xala malik Qurban Qurbanovun yetirmələri 84-cü pillədə qərarlaşıblar. Onlar bununla da son siyahıdakı mövqelərini qoruyublar

Otuz xalı olan “Neftçi” bir pillə geriləməklə Avropada 243-cüdür. “Qəbələ” 20 xalla siyahıda 290-cı pillədə yer alıb.

Qeyd edək ki, birinci pillədə 2227 xalla “Real Madrid” qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir