Daha bir məktəb əyani tədrisə qayıdıb

Daha bir məktəb əyani tədrisə qayıdıb

Bakı şəhəri 188 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

“Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur”, – məlumatda deyilir.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir