Bakıda taksi sürücüsünü bıçaqla hədələdilər – SƏBƏBİ NƏDİR?
Bakıda sərnişinlər taksi sürücüsünü bıçaqla hədələyib.
“İNFONEWS” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Məlum olub ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə fevralın 14-də Maştağa qəsəbəsi ərazisində paytaxt sakini O.Əliyevin idarə etdiyi “Fiat” markalı avtomobildə sərnişin qismində olan 2 nəfərin onu bıçaqla hədələyərək 30 manatını quldurluq yolu ilə talamaları barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Əliyev müəyyən edilərək saxlanılıb.
Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.