Bu cərimələrin qanuni əsası yoxdur-Ekspert

Bu cərimələrin qanuni əsası yoxdur-Ekspert

Bakı Nəqliyyat Agentliyinin parklanma ilə bağlı yazdığı cərimələrin qanuni əsası yoxdur.

Bunu Trend-ə açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.

O bildirib ki, Bakı Nəqliyyaty Agentliyi tərəfindən xüsusi texniki vasitələrlə, yəni kamera vasitəsilə qeydə alınan xətalar heç bir qanuna əsaslanmır.

“Çünki, qanunvericilikdə aydın şəkildə göstərilib ki, hansı xətalar kamera, hansı xətalar radarla qeydə alına bilər. Bu prosesdə texniki baxışdan keçmədikdə, təhlükəsizlik kəmərindən istifadə olunmadıqda, yolayrıcını keçmə qaydasını pozduqda və digər hallarda cərimə yazıla bilər. İnzibati Xətalar Məcəlləsinin 124 və 126-cı maddələrində xüsyusi texniki vasitələrlə qeydə alına bilən xətaların siyahısı var. Bu siyahıda dayanma durma ilə bağlı hər hansı bir müddəa yoxdur. Ona görə də Bakı Nəqliyyat Agentliyi həmin cərimələri kameralar vasitəsilə qanunsuz tətbiq edib. Qanunsuzluğa qarşı qanunsuz yolla mübarizə aparmaq heç bir nəticə vermir”,-deyə E. Muradlı deyib.

Ekspert bildirib ki, bu cür cərimələrlə üzləşən sürücülər məhkəməyə müraciət edərək həmin cərimələri ləğv etdirə bilər.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir