Ölkəmizdə son sutkada 7148 nəfər COVID-19-a yoluxub
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7148 yeni yoluxma faktı qeydə alınıb, 7387 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 759753 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 703952 nəfər müalicə olunaraq sağalıb, 9127 nəfər vəfat edib. 46674 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18346, bu günə qədər isə ümumilikdə 6432504 test icra olunub.