Nəcməddin Sadıkov yol qəzası zamanı vurduğu ziyanı ödəyib

Nəcməddin Sadıkov yol qəzası zamanı vurduğu ziyanı ödəyib

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi Müdafiə nazirinin sabiq birinci müavini, Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun törətdiyi yol qəzası barədə məlumat yayıb.

İdarənin baş inspektoru Araz Əsgərli Trend-ə açıqlamasında bildirib ki, “Toyota Land Cruiser“ markalı, 90-AS-020 seriyalı avtomobili idarə edən vətəndaş Sadıkov Nəcməddin Hüseyn oğlu tərəfindən törədilən yol-nəqliyyat hadisəsinə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən protokol tərtib olunub.

Hadisə sənədləşdirilib, qarşı tərəfə dəyən ziyan ödənilib.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir