“Xocalı faciəsini unutmarıq!” inşa yazı müsabiqəsinə start verildi

“Xocalı faciəsini unutmarıq!” inşa yazı müsabiqəsinə start verildi

“İNFONEWS” İnformasiya Agentliyi Xocalı faciəsinin 30-cu ildönümünə həsr edilmiş “Xocalı soyqırımını unutmarıq!” adlı inşa yazı müsabiqəsini elan edir.

Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması və təbliği məqsədilə gənclər arasında “Xocalı soyqırımını unutmarıq!” adlı inşa yazı müsabiqəsini elan edirik.

Müsabiqənin məqsədi gənc nəslin qan yaddaşımız olan Xocalı faciəsini unutmaması, soyqırım faktının dünya ictimaiyyətinə çatdırılması üçün çalışması, ölkəmizin ərazi bütövlüyünü hər zaman müdafiə etməyə hazır olmasının təbliğidir.

Müsabiqədə iştirak etmək istəyən məktəblilər (IV – XI sinif şagirdləri) inşa yazılarını 24 fevral tarixinədək https://forms.gle/UgWLayigZGYsYcZa8 link vasitəsilə təqdim etməlidirlər. Müsabiqənin qaydalarına müvafiq olaraq, mövzunun dəqiqliyi, əsas fakt və hadisələri bilmək, orijinal yanaşma, fikrin əsaslandırılmış və aydın şəkildə ifadə edilməsi, məntiqli nəticələrin çıxarılması, ədəbi dilin yazı qaydalarına riayət etməklə tərtib olunması əsas meyarlardır. Qeyd edək ki, inşa yazıların həcmi Arial şriftdə, 14 ölçüdə 1,5 səhifədən ibarət olmalıdır.

Münsiflər heyətinin qiymətləndirməsi əsasında ən yaxşı 3 inşa yazısı “İNFONEWS” -da dərc ediləcək və yazarlar MEDİA MÜKAFATI ilə təltif ediləcəklər.

Müsabiqə ilə bağlı sualı olanlar +994 702001884 əlaqə nömrəsi, eyni zamanda [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

İnşaların göndəriləcəyi link: https://forms.gle/UgWLayigZGYsYcZa8

“İNFONEWS”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir