Bakıda yolu bağlayan TİR-ların məxsus olduğu “R Grup”un rəhbəri saxlanıldı

Bakıda yolu bağlayan TİR-ların məxsus olduğu “R Grup”un rəhbəri saxlanıldı

Daxili İşlər Nazirliyi Bakıda TIR sürücülərinin evində axtarış aparılması il bağlı yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov iddialara cavab verib.

Polis polkovniki açıqlamasında bildirib ki, hüquq müdafiəçisi Rüfət Səfərov canlı yayımda bu gün prospekti bağlayan “R Group Azerbaijan” MMC-nin rəhbəri Rəmiş Cəfərovun evinə “qara maskalılar”ın girdiyini iddia edib.
“Bunlar hamısı əsassızdır. Onun evinə, ofisinə heç bir “qara maskalı”, naməlum şəxs girməyib. “R Group Azerbaijan” MMC-nin rəhbəri Rəmiş Cəfərovun atası Zəkiran Cəfərov minlərlə insanın işə gecikməsinə səbəb olan oğluna bəraət qazandırmaq istəyir.

Rəmiş Cəfərov vəkillə təmin olunub, ona hüquqları izah edilib. O saxlanılıb, araşdırma aparılır, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”,-deyə E. Zahidov bildirib.

Bu gün səhər saatlarında paytaxtın Nərimanov rayonunda hərəkətin intensiv olduğu prospektlərin birində süni tıxacın yaranmasına səbəb olan “R Group Azerbaijan” MMC-nin rəhbəri Rəmiş Cəfərov, sürücülər – Mirələm Məmmədov, Bəxtiyar Məmmədov və Elvin Məlikov müsahibə verərək etdikləri əməldən peşman olduqlarını bildiriblər.

Hazırda araşdırmalar davam etdirilir.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir