Mühəndis-istehkam bölmələrində praktiki məşğələlər keçirilir

Mühəndis-istehkam bölmələrində praktiki məşğələlər keçirilir

2022-ci ilin fəaliyyət planına uyğun olaraq, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrində praktiki məşğələlər keçirilir.

“İNFONEWS” xəbər verir ki, məşğələlərə cəlb edilən şəxsi heyət Mühəndis Qoşunlarının silahlanmasında olan texnika və avadanlıqlardan istifadə etmək vərdişlərini təkmilləşdirir.

Mühəndis bölmələri azad edilmiş ərazilərdə dislokasiya olunan qoşunların fəaliyyətini təmin etmək, həmçinin infrastrukturun bərpa edilməsi və digər tapşırıqlar üzrə praktiki bacarıqlarını artırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir