Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) 20 minatəmizləyən işğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə işlərinin aparılması üçün Azərbaycana gəlib.
Bunu Infonews-ə açıqlamasında Rusiya Fövqəladə Hallar Nazirliyinin Nümayəndəsi Yevgeni Borisov deyib.
Onun sözlərinə görə, Rusiya FHN-in 20 minatəmizləyəni daşıyan İl-76 təyyarəsi Gəncəyə eniş edib, hazırda yüklərin boşaldılması yekunlaşıb.
Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin 20 pirotexniki humanitar missiya çərçivəsində Ağdam rayonunda minaların təmizləmə işini həyata keçirəcək.