“Qarabağ” – “Marsel” oyununa 8 mindən çox bilet satılıb
“İNFONEWS” xəbər verir.
UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda “Qarabağ” və Fransanın “Marsel” komandaları arasında keçiriləcək cavab oyunu üçün indiyədək 8 mindən çox bilet satılıb.
Bilet satışı fevralın 21-də saat 11:00-dan sonra bərpa edilib.
Fevralın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq.
Fransadakı ilk oyunda “Qarabağ” 1:3 hesabı ilə uduzub.