Bəsti Bağırova küçəsində yenidənqurma işləri yekunlaşır
Bakı şəhərində küçə parklanma yerlərinin idarəedilməsinə dair pilot layihənin əhatə etdiyi BəstiBağırova küçəsində yenidənqurma işləriyekunlaşmaq üzrədir. 450 metr uzunluğundakı küçəmüasir şəhərsalma qaydalarına uyğunpiyadayönümlülüyün artırılması prinsipləri əsasındatəmir edilib.
Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətindən verilən məlumata görə ərazidə asfaltlanma və nişanlanma xətlərininçəkilməsi yekunlaşıb. Hazırda yol hərəkətinin təşkiliüçün zəruri olan çatışmayan yol nişanlarınınquraşdırılması və səkilərdə tamamlanma işləridavam edir. Piyada təhlükəsizliyi məqsədilə sarı döyünən işıqlar quraşdırılır.
Küçədə 6 yerdə eynisəviyyəli piyada keçidi təşkiledilib. Xüsusi qabarıq formalı piyada keçidləri ümumihərəkətin təhlükəsizliyi baxımından əhəmiyyətlidir. İdeal səviyyəyə gətirilən bu küçə boyuncapiyadaların rahat, maneəsiz və təhlükəsiz hərəkətitam təmin edilib.
Yaşayış binalarından başqa, 1 xəstəxana, 1 kollec və 1 bağçanın da yerləşdiyi bu küçədənəqliyyat tələbatı nəzərə alınmaqla, 138 avtomobilüçün parklanma yeri təşkil edilib. Parklanmayerlərində əlilliyi olan şəxslər üçün də yerlər ayrılıb. Gələcəkdə bu küçədə parklanmanın idarəedilməsində müasir texnologiyalar tətbiq ediləcək. Küçə boyunca taksi duracaqları da yaradılıb.
Məlumat üçün qeyd edək ki, Bəsti Bağırovaküçəsinin əvvəlki vəziyyəti heç də ürəkaçan deyildi. Burada piyada səkilərinin davamsızlığı vəümumilikdə, yol infrastrukturunun vəziyyəti ərazinisürücülər və piyadalar üçün keçilməz edirdi.
Yenidənqurma işləri 3 ay davam edib. İlkinmərhələdə kommunikasiya işləri görülüb ki, bu da işə əsaslı yanaşmanın təzahürüdür.
Bu küçənin müasir tələblərə və yüksəkstandartlara uyğunlaşdırılması prosesi bitdikdənsonra həm sürücülər, həm də piyadaların layihədənməmnun qalacağından əminik.